Süni bahalaşmanın qarşısı alınacaq - Nazirlik

Süni bahalaşmanın qarşısı alınacaq - Nazirlik
  22 Dekabr 2015    Oxunub:5017
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması üçün nəzarət tədbirlərini gücləndirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Dövlət Xidməti istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir və manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bank dekabrın 21-də manatın idarəolunan üzən məzənnə rejiminə keçirilməsi barədə qərar qəbul edib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  



Xəbər lenti