Bakıdakı atışma ilə bağlı Rəsmi açıqlama

Bakıdakı atışma ilə bağlı Rəsmi açıqlama
  22 Dekabr 2015    Oxunub:2867
Daxili İşlər Nazirliyi (DİN) Bakıda 6 nəfərin güllələnməsi ilə bağlı məlumat yayıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ rayon Polis İdarəsi tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Teqlər:





Xəbər lenti