Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb - Foto

Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb - Foto
  22 Dekabr 2015    Oxunub:2209
Dekabrın 22-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani imzaladılar.



“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Milli Radio və Televiziyası arasında əməkdaşlığa dair Saziş”i “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, Əfqanıstanın Milli Radio və Televiziyası adından Sultan Əhməd Bahin imzaladılar.

AzVision.az


Teqlər:  





Xəbər lenti