AzVision.az-ın yazısı komitəni hərəkətə gətirdi

AzVision.az-ın yazısı komitəni hərəkətə gətirdi
  22 Dekabr 2015    Oxunub:3422
“İnternat evlərini, sığınacaqları 17 yaşında tərk edən qızlar sonradan yiyəsiz qalırlar. Bu hal bizi çox narahat edir”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar qonşu dövlətlərin təcrübəsi öyrənilir:

“Qardaş Türkiyədə kimsəsizlər evini tərk edən qızları dövlət dərhal işlə təmin edir. Hətta vergidə onlara güzəştlər olunur. Biz artıq bu məsələ ilə bağlı gələn il Milli Məclisdə təkliflərlə çıxış etməyə hazırlaşırıq. İnternat evlərini tərk edən qızlar ev ala bilməsələr belə, heç olmasa aldıqları maaşla kirayədə yaşamaq imkanları olsun”.(Apa)

Qeyd edək ki, AzVision.az bir müddət əvvəl internat məktəblərini bitirən kimsəsiz uşaqların həyatı ilə bağlı REPORTAJ hazırlayaraq onların acınacaqlı durumunu oxuculara çatdırmışdı. Təqdim etdiyimiz yazı ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu.


Teqlər:  



Xəbər lenti