Günlərdir haqqında müzakirələr aparılan Pərviz Əlibəylinin atası Natiq Əlibəyli oğlunun itkin düşməsi ilə bağlı AzVision.az-a açıqlama verib.
Hazırda oğlunun evdə olduğunu deyən N.Əlibəyli Pərvizin oğurlanmadığını qeyd edib:
“Oğlumun vəziyyəti yaxşdır. Hər kəsə salamı var. İndi yaxşıdır. Allah heç bir valideynə pislik görməyi nəsib etməsin. Deyirdilər ki, guya Pərvizi oğurlayıblar. Oğlumu heç yerə aparmamışdılar. Pərvizi kim oğurlayıb? Oğurlamaq nədir? Bunlar yalandır. Mən milyarder deyiləm ki, oğlumu da oğurlasınlar. Oğlumun ürəyi istəyib, gəzməyə getmişdi. İndi də qayıdıb gəlib”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Səbail rayonu sakini 1990-cı il təvəllüdlü Pərviz Natiq oğlu Əlibəylinin itkin düşməsi ilə bağlı xəbərlər yayılıb. Məlumatlarda kredit təşkilatlarından birinin əməkdaşı Pərviz Əlibəylinin üzərində 5 min manatın olduğu qeyd olunub. Həmçinin ötən gün gəncin tapılması barədə də xəbərlər mətbuat səhifələrində yer alıb.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


