Qubada 6 yerdə qar uçqun olub
Ümumilikdə 6 yerdə qar uçqunu qeydə alınıb. Yolda hərəkətin bərpası üçün dərhal əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası cəlb olunub. Texnikanın çalışdığı ərazilərdə qar uçqunlarının yenidən təkrarlanması təhlükəsi olmasına baxmayaraq qısa müddət ərzində yol qar kütləsindən təmizlənib və nəqliyyat vasitələrinin həm Xınalıq kəndi istiqamətinə, həm də Quba şəhərinə doğru hərəkəti bərpa edib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən Quba-Xınalıq yolundan istifadə edərkən ehtiyyatlı olmalarını xahiş edir və yola idarə etdikləri nəqliyyat vasitələrinin sazlığına əmin olduqdan sonra çıxmalarını tövsiyyə edir.







Vaxtında, Aydın, Lazımlı!


