Dövlət başçılarından İlham Əliyevə ad günü TƏBRİKİ

Dövlət başçılarından İlham Əliyevə ad günü TƏBRİKİ
  22 Dekabr 2015    Oxunub:4431
Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

AzVision.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident, Ad gününüz münasibətilə Sizə ən səmimi və xoş arzularımı bildirirəm.

Bu yaxınlarda Çinə çox uğurlu dövlət səfəri etdiniz. Çin və Azərbaycan arasında ikitərəfli münasibətlər, birgə maraq doğuran beynəlxalq və regional problemlər barədə Sizinlə geniş fikir mübadiləsi apararaq, mühüm ümumi nəticələrə gələ bildik. Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında münasibətlər daha yüksək səviyyəyə qalxacaq, xalqlarımızın rifahına xidmət göstərəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".

***

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov da Prezident İlham Əliyevə təbrik məktubu göndərib. Təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin bilavasitə rəhbərliyiniz ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatının bütün sahələrində baş verən genişmiqyaslı dəyişikliklər ölkənin dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsini təmin edir.

Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin mənafelərinin nəzərə alınması prinsiplərinə əsaslanan çoxplanlı Özbəkistan-Azərbaycan münasibətləri dost ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bundan sonra da uğurla inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edim".

Bundan başqa Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovda Prezident İlham Əliyevə təbrik məktubu göndərib.


Teqlər:  





Xəbər lenti