Bakı avtovağzalı bayrama hazırdırmı?

Bakı avtovağzalı bayrama hazırdırmı?
  22 Dekabr 2015    Oxunub:1121
Bakı Beynəlxalq Avtovağzal Kompleksi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar yanvarın 5-dək gücləndirilmiş iş rejimində çalışacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərtac-a Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə artıq gücləndirilmiş iş rejiminə keçilib. Adi günlərdə 300-350 nəqliyyat vasitəsilə 7500-8500 sərnişin daşınırdısa bayram ərəfəsində 650-700 nəqliyyat vasitəsilə 16-17 min sərnişinin yola salınması nəzərdə tutulub.

M.Abdullayev qeyd edib ki, ən çox sıxlıq dekabrın 28-dən 31-nə kimi müşahidə olunur: “Sərnişinlərə biletləri 10 gün əvvəlcədən alınması tövsiyə olunur. Sıxlığın ən çox müşahidə olunacağı dövrlərdə bilet satışında problemin olmaması üçün sərnişinlər online vasitəsiylə də biletləri ala bilərlər”.


Teqlər:





Xəbər lenti