Fransada böyük fəlakətin qarşısı alındı

Fransada böyük fəlakətin qarşısı alındı
  23 Dekabr 2015    Oxunub:1451
Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi növbəti terror aktının qarşısını alıb.
Bu barədə Fransa DİN rəhbəri Bernar Kaznev deyib.

Nazirin sözlərinə görə, istintaq çərçivəsində Orleanda iki nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin hazırda Suriyada olan digər Fransa vətəndaşı ilə əlaqədə olduqları müəyyən edilib.

Nazir əlavə edib ki, bu, son iki ildə Fransa xüsusi xidmət orqanlarının qarşısını aldığı 10-cu terror aktıdır.

O da bildirilib ki, terakt asayiş keşikçilərinə qarşı planlaşdırılıbmış.


Teqlər:  





Xəbər lenti