Avtovağzal təkzib etdi: Bilet satışı dayandırılmayıb

 Avtovağzal təkzib etdi: Bilet satışı dayandırılmayıb
  23 Dekabr 2015    Oxunub:2159
Bakı Beynəlxalq Avtovağzal Kompleksi bilet satışının dayandırılması ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumun şöbə müdiri Mətləb Abidi AzVision.aza açıqlamasında bildirib ki, qiymətlərin artırılması və ya bilet satışının dayandırılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir:

“Biz özbaşına deyilik ki, bilet satışını dayandıraq, qiyməti artıraq. Bütün qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. Bilet satışının dayandırılmasından söhbət gedə bilməz. Bütün rayonlara bilet satışı 2007-ci il fevral ayında təsdiq olunmuş qiymətlərlə həyata keçirilir”.

M.Abidi bayramla əlaqədar 11 nəfərdən ibarət Nəzarət Komissiyasının yaradıldığını vurğulayıb.

“Bayram günlərində ehtiyac olarsa, bütün istiqamətlərdə əlavə avtobuslar ayrıla bilər. Qiymətlərin süni artırılmasına ciddi nəzarət olunacaq. Baş verə biləcək neqativ halların qarşısı alınacaq”

Şöbə müdirinin sözlərinə görə, gün ərzində 7000- 7500 sərnişin daşınırsa, hazırda bu rəqəmlər 16-17 min arası dəyişir.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti