Bakıda 6 nəfəri güllələyənlər tutuldu

Bakıda 6 nəfəri güllələyənlər tutuldu
  23 Dekabr 2015    Oxunub:2451
Bakının Qaradağ rayonunda baş verən silahlı insident zamanı 6 nəfərə xəsarət yetirən şəxslər saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, onları Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlamaq mümkün olub.

Tutulanlar Məhərrəm Əliyev və Zaqatala rayon sakini Samir Epdiyevdir. M.Əliyevdən hadisəni törədərkən istifadə etdiyi “Bunta Maqnum” markalı tüfəng götürülüb.

Xatırladaq ki, dekabrın 21-də Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında silahlı insident baş verib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti