AZAL rəhbərindən tapşırıq: Aviabiletlər ucuzlaşacaq

AZAL rəhbərindən tapşırıq: Aviabiletlər ucuzlaşacaq
  23 Dekabr 2015    Oxunub:4354
Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti