Hacıkənddə yeni körpələr evi açıldı - Fotolar

Hacıkənddə yeni körpələr evi açıldı - Fotolar
  23 Dekabr 2015    Oxunub:2308
Gəncə şəhər Hacıkənd qəsəbəsində istifadəyə verilən yeni uşaq bağçası balaca sakinlərin və onların valideynlərinin sevincinə səbəb olub.
AzVision.az xəbər verir ki, uzun illərdən bəri qəzalı vəziyyətdə olan 37 saylı uşaq bağçasının yerində inşa edilən və müasir standartlara cavab verən bina 8 otaqdan ibarətdir və burada iki yaş qrupundan olan körpələrin təlim-tərbiyəsi üçün hər bir şərait yaradılıb. Uşaq bağçası dövlət vəsaiti hesabına avadanlıq və inventarlarla, müasir istilik sistemi, işıq, su və qazla təchiz olunub.

Burada 1 musiqi zalı, 1 oyun otağı, tibb məntəqəsi, anbar, müasir avadanlıqlarla təmin edilmiş mətbəx fəaliyyət göstərəcəkdir. Bağçada 11 nəfər tərbiyəçi və texniki işçi çalışır.

Şəhər ictimaiyyəti nümayəndələrinin də iştirak etdikləri açılış mərasimində Gəncə Şəhər İcra Hakmiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bağçanın kollektivini təbrik edib, gələcək nəslin təlim-tərbiyəsində onlara uğurlar arzulayıb.

Sonra rəmzi lent kəsilib, iştirakçılar ən müasir standartlara cavab verən uşaq bağçasında yaradılan şəraitlə yaxından tanış olublar.

Qalereya




Teqlər:  



Xəbər lenti