Cəlilabadda silahlı basqın olub

Cəlilabadda silahlı basqın olub
  24 Dekabr 2015    Oxunub:2056
Cəlilabad rayonunda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Alar kəndində yerləşən “Alpetrol” yanacaqdoldurma məntəqəsində baş verib.

Məntəqənin əməkdaşları basqınçılara müqavimət göstərib. Bu səbəbdən də basqınçılar heç nə əldə edə bilməyib, onlar əllərindəki silahdan bir neçə dəfə atəş açaraq qaçıblar. Atəş nəticəsində məntəqənin şüşələri qırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerindən gilizlər aşkarlanıb.


Teqlər:  



Xəbər lenti