`Qiymətlərə yenidən baxılacaq` - Baş nazirin müavini
“Məlum hadisə ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılacaq, dərmanların qiymətləri məzənnədə baş verən dəyişikliklərə uyğunlaşdırılacaq. İndi də atılan addım ondan ibarət olacaq ki, iş adamları, Azərbaycana dərman idxal edən sahibkarlar ziyana düşməsinlər”.
Ə. Əhmədov qeyd edib ki, bütün hallarda dərmanların qiymətlərinin süni surətdə şişirdilməsinə imkan verilməyəcək: “Manatın məzənnəsinin aşağı düşməsinə uyğun şəkildə qiymətlər yenidən müəyyənləşdiriləcək və heç kim ziyanda qalmayacaq”.
O, qeyd edib ki, qaydalara görə, Azərbaycanda dərman preparatlarının qiymətləri dövlət tərəfindən tənzimlənir: “Əlbəttə, belə bir addımı atmaqla hökumətin qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, Azərbaycan vətəndaşları bir sıra hallarda dərmanların qiymətlərində müşahidə olunan süni qiymət artımlarından əziyyət çəkməsinlər. Buna da nail olunub”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


