`Qarşımızda möhtəşəm vəzifələr dayanır` - Əli Əhmədov
“Ölkəmizdə son illər müşahidə olunan əzəmətli nailiyyətlər bunu deməyə əsas verir, noyabrın 1-də keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası qalib gəlib. Bu da Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan bundan sonra da inkişaf səviyyəsinə görə artan templə inkişaf edəcək. Azərbaycan yeni bir məmləkət, müasir cəmiyyət kimi formalaşıb, dünya birliyində özünə layiqli yer tuta bilib. Qarşıda yeni inkişafın formalaşması kimi bir mərhələ dayanıb”.
Baş nazirin müavini bildirib ki, 2016-cı ildə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsi gözlənilir: “İndiyə qədər 10 il ərzində Azərbaycan dünya miqyasında ən sürətli inkişafa nail olan ölkə kimi təqdim edilib. Azərbaycanın simasının dəyişməsi hər birimizdə qürur oyadır. Qarşıda inkişafın yeni mərhələsinin formalaşdırılması vəzifəsi dayanır. Təbii sərvətlərdən istifadə edərək Azərbaycanın inkişafına şərait yaradan imkandan sürətli inkişafın fəlsəfəsi modelinin yaranması mərhələsinə keçməliyik. Bu mənada qarşımızda möhtəşəm vəzifələr dayanır”.
YAP sədr müavini Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


