Müharibə 15 milyard dollar ziyan vurub

Müharibə 15 milyard dollar ziyan vurub
  01 İyul 2013    Oxunub:1145
İki ildən çox davam edən Suriya müharibəsi 9 min dövlət binasını məhv edib və dövlət sektoruna 15 milyard dollar ziyan vurub. Bu isə ölkə iqtisadiyyatında böhrana səbəb olub.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, Suriyadakı vətəndaş müharibəsi ölkəni yerlə-yeksan edib, şəhərləri məhv edib, neft istehsalını və onun ixracını dayandırıb.

Müharibənin əhaliyə göstərdiyi zərər daha dəhşətlidir. Ölkə əhalisinin bir milyondan çoxu ölkəni tərk edib, milyonlarla suriyalı qaçqın düşüb. BMT-nin hesabatına görə, 100 mindən çox insan münaqişədə öldürülüb.

Yerli qəzetin məlumatına görə, 2011-ci ilin mayından 2013-cü ilin martınadək dövlət sektoruna 15 milyard dollar ziyan dəyib. Ziyan dövlət binalarına və infrastrukturlarına edilən terror aktları nəticəsində baş verib. Suriya hökuməti Bəşər Əsədi devirmək istəyənləri “terrorçu” adlandırıb.

Suriyanın planlaşdırma üzrə keçmiş naziri Abdullah əl-Dərdari münaqişə nəticəsində Suriya iqtisadiyyatının 35 faizinə zərəri dəydiyini bildirib. Vətəndaş müharibəsi ölkədə işsizlik problemini dərinləşdirib. Beləki, bu il ərzində işsizlik 500 mindən 2,5 milyona çatıb. Müharibə həmçinin ölkə valyutasına da mənfi təsirini göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti