Ərdoğandan İlham Əliyevə ad günü təbriki

Ərdoğandan İlham Əliyevə ad günü təbriki
  24 Dekabr 2015    Oxunub:2273
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

AzVision.az- ın məlumatına görə, Ərdoğanın məktubunda deyilir:

“Cənab Prezident, əziz qardaşım, ad gününüzü millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.

Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib. Bu xoş fürsətdən istifadə edərək Zati-aliləri, əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərimi ifadə edirəm”.

AzVision.az


Teqlər:  



Xəbər lenti