Alimlərin qarşısında hansı vəzifələr durur? - Açıqlama
A.Əlizadə qeyd edib ki, dünyada və regionda gedən siyasi proseslər Azərbaycanda sabitliyə təsir etməyib: “Prezident İlham Əliyev dünyada intellekti ilə fərqlənən liderlərdən biridir. Ölkə başçısı son 10 ildə Azərbaycanı regionun lider ölkəsinə çevirib. Müasir dünyada elm sürətlə inkişaf edir. Azərbaycanda da elmi potensialın inkişafı mühüm prioritetlərdən biridir”.
AMEA prezidenti vurğulayıb ki, alimlər qarşısında həyata keçirilməli olan yeni mühüm vəzifələr müəyyənləşib:
“Azərbaycanda mövcud təbii şərait nəzərə alınmaqla kənd təsərrüfatının inkişafı, kimya sənayesinin inkişafında elmin yaxından iştirakının təmin edilməsi alimlərin qarşısında mühüm vəzifə kimi dayanıb. Bizdə hələ də elm və iqtisadiyyatın inkişafı ayrı-ayrılıqda baş verir. Biliklərə əsaslanan iqtisadiyyat qurmaq üçün biznes qurumları da buna dəstək göstərməlidirlər. Elm və istehsalat münasibətlərinin uğurla qurulmasına nail olmalıyıq”.
Elvin Abdulqədirov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


