Kris Smitə dəstək verməyəcəklər - Səməd Seyidov
Komitə sədri bildirib ki, ABŞ əleyhinə layihə təqdim etmək Rövşən Rzayevin konstitusion hüququdur: “Mən Rövşən müəllimi başa düşürəm. Təəssüflər olsun ki, son zamanlar müxtəlif qurumlar, ölkələr, insan haqlarından istifadə edərək dövlətlərə müxtəlif təzyiqlər edirlər. Bu təzyiqlərin altında anti-Azərbaycan, erməni lobbisinin səyləri dayanır.
ABŞ konqresmeni Kris Smitin təqdim etdiyi qanun layihəsi özünə iftiralar, həqiqətə uyğun olmayan məsələləri ehtiva edir. Bu qanun layihəsinin ABŞ Konqresində dəstək qazanacağına inanmıram. Ancaq, insan hüquqılarından bu şəkildə təzyiq vasitəsi kimi istifadə olunmasının əleyhinəyik. Çünki, insan haqları bir dəyərdir”, - deyə S. Seyidov vurğulayıb.
Elvin Abdulqədirov







Vaxtında, Aydın, Lazımlı!


