Səlim Müslümov söz verdi: Problem olmayacaq

Səlim Müslümov söz verdi: Problem olmayacaq
  24 Dekabr 2015    Oxunub:4005
“İqtisadi proseslərin hansı formada getməsi sosial sahəyə hər zaman təsir edir. Çünki əsas olan iqtisadiyyatdır. Sosial sahə onun törəməsi kimi çıxış edir”.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bir neçə gündür ki, devalvasiya prosesi baş verib:

“İstehlak səbətinə daxil olan malların ümumi dəyərinin müəyyənləşdirilməsi, yaşayış və ehtiyac meyarı da Azərbaycan manatı ilə müəyyən olunur. Bu gün əsas odur ki, müəyyən qədər sakitləşmə baş verməlidir. Bundan sonra bazarda qiymətlər müəyyən olunmalı və sonra istehlak səbətinin necə dəyişməsi öyrənilməlidir. Bu proseslər hazırda nəzarətimizdə saxlanılır. Bizim mütəxəssislər bazarda müşahidə aparırlar”.

Nazir bildirib ki, gələn ilin əvvəlində də bazarlarda yoxlamalar davam etdiriləcək: “Ondan sonra qiymətlər konkret müəyyən ediləcək. Əsasən az təminatlı ailələrə verilən müavinətlərin nə qədər dəyərdən düşdüyü müəyyən olunacaq. Yalnız bundan sonra növbəti addımların nədən ibarət olacağı ilə bağlı fikir söyləmək mümkün olacaq”.

Müavinətlərin verilməsində heç bir problemin olmayacağını deyən nazir: “Bu gün cənab prezident İlham Əliyev gözdən əlillər üçün 132 mənzilli 12 mərtəbəli binanın açılışında bu kateqoriyadan olan insanların qarşısında çıxışı zamanı bildirdi ki, Azərbaycanda bu gün olan iqtisadi potensial hökumətin üzərinə götürdüyü bütün sosial öhdəlikləri vaxtında icra etməsinə imkan verir”- deyə, əlavə edib

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti