Bahar Muradova ABŞ haqda: `Onlar yalnış yoldadırlar`

Bahar Muradova ABŞ haqda: `Onlar yalnış yoldadırlar`
  24 Dekabr 2015    Oxunub:3424
“Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür. Və bu məsələ ilə bağlı açıqlamamızı gözləyirlərsə, yanlış yoldadırlar”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, Kris Smitin layihəsinə qarşı adekvat addımların atılması məntiqlidir: “Səninlə hansı dildə danışırlarsa, o dili anladığını bildirməlisən. ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır. Azərbaycanın mövqeyi, regiondakı imkanları təkcə özümüzə xidmət etmir. Qarşı tərəf bunu anlamalıdır. Bu məsələlər müzakirə predmetidir, yəqin ki, müzakirə olunacaq”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti