`2016-cı ildə yaxşı nəticələr göstərəcəyik` - Prezdent
Ölkə başçısı qeyd edib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi gəlirlərimizə təsir edib:
“Büdcə xərcləri və gəlirləri azalıb. Bu, təbii vəziyyətdir. Çünki, dünyada gedən proseslər artıq bizə də təsir etməyə başlayıb. Neftlə zəngin olan ölkələrin əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər Azərbaycanda iqtisadi sabitlik və inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə olsun sosial layihə icrasız qalmayıb”.
Prezident çıxışı zamanı bildirib ki, neftin qiymətinin ucuzlaşmasına baxmyaraq, növbəti il ərzində bütün sosial proqramlar icra ediləcək: “Sadəcə olaraq dövlət qurumları daha səmərəli işləməli, maliyyə sahəsində tam şəkildə şəffaflıq təmin ediləməlidir. Belə olan halda 2016-cı ildə də yaxşı nəticələr göstərəcəyik. Bundan sonrakı illərdə də siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. O vətəndaşlar ki, onların dövlətin qayğısına ehtiyac vardır”.
İlkin Nəcəfzadə







Vaxtında, Aydın, Lazımlı!


