Gəncədə yeni uşaq bağçasının açılışı olub - Foto

Gəncədə yeni uşaq bağçasının açılışı olub - Foto
  24 Dekabr 2015    Oxunub:2545
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimayyətinin nümayəndələri 36 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
AzVision.az xəbər verir ki, açılışda çıxış edən icra başçısı şəhərdə aparılan abadlıq və quruculuq işləri çərçivəsində məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulduğunu deyib.

36 nömrəli körpələr evi-uşaq bağçasının müdirəsi Gülşən Məmmədova çıxışında bildirib ki, 120 yerlik körpələr evi-uşaq bağçasının təmirinə 2014-cü il iyul ayında başlanılıb. Burada beş qrup fəaliyyət göstərir. Qruplarda müxtəlif yaşlı uşaqlar tərbiyə olunur. Bağça 2 korpusdan ibarətdir. Birinci korpus 2 mərtəbəli. Digər korpus isə 1 mərtəbəlidir. Binanın 1-ci mərtəbəsində dəhliz, hər biri 2 olmaqla qrup, yataq, soyunub-geyinmə otağı, sanitar qovşağı, oyun zalı və digər yardımçı otaqlardan ibarətdir.

Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları bağçada yaradılan şəraitlə yaxından tanış olublar.






Teqlər:



Xəbər lenti