Gömrükdən sahibkarların etirazına münasibət
Adıçəkilən şəxslər DGK-yə etdikləri müraciətdə də idxal etdikləri kartof yükünə dair fitosanitar sertifikatın olmadığı bildirib və vaqonların bu sənəd olmadan ölkə ərazisinə buraxılmasını xahiş ediblər.
DGK bir daha bildirir ki, kartof yükünə dair müvafiq mal-müşayiət sənədləri idxalatçılar tərəfindən tam şəkildə gömrük orqanına təqdim olunduqdan sonra kartof yükü ölkə ərazisinə buraxıla və qanunamüvafiq qaydada gömrük rəsmiləşdirilməsindən keçirilməsi təmin oluna bilər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


