Vasif Talıbov ev və maşın payladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Azərbaycan dövləti sağlamlıq imkanları məhdud şəxslərə, torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş insanlara, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Bu kateqoriyadan olan insanların mənzil və avtomobillə təmin olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Ali Məclisin Sədri yeni mənzil və avtomobillə təmin olunanları təbrik edərək deyib: Ölkəmizdə bu işlər ona görə həyata keçirilir ki, Azərbaycanda sabitlik vardır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Hər bir kəsin əməyi və xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. Bu gün yeni mənzil və avtomobillərin təqdim olunması da dövlətimizin vətəndaşlarına göstərdiyi qayğının və ölkəmizdə mövcud olan ədalətin təntənəsidir.
Ali Məclisin Sədri deyib: Ölkəmiz inkişaf etdikcə sosial qayğıya ehtiyacı olan insanlara verilən müavinətlərin miqdarı da artırılır. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən Müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri daim diqqətdə saxlanılır, onların rahat yaşayışı və sağlamlıqlarının bərpası üçün dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Hər il muxtar respublikada sosial qayğıya ehtiyacı olan vətəndaşlara yeni mənzil və avtomobillər təqdim olunur. Bu il də müvafiq kateqoriyadan olan 16 muxtar respublika sakininə avtomobil, 10 nəfərə isə mənzil verilmişdir. Bu işlər 2016-cı ildə də davam etdiriləcəkdir.
Ali Məclisin Sədri mənzil və avtomobillə təmin olunanlara xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, ölkəmiz və xalqımız üçün layiqli övlad böyütdüklərinə görə təşəkkür edib, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edib, yeni mənzillərində rahat həyat arzulayıb.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


