Hadisə şahidlərinin verdiyi məlumata görə, T.Əsgərov da məscidə ibadət etməyə gələnlərdənmiş.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tahir Zülfüqarov açıqlamasında hadisəni törədən şəxsin ruhi xəstə olduğunu bildirib:
“Həmin şəxs axşam namazından sonra məscidi dağıdıb. Kənd sakinləri onu sakitləşdirib. Atası Əsgər Əsgərova da məlumat verilib. Tohid ruhi xəstədir. Kənd nümayəndəliyi hadisə ilə bağlı sahə müvəkkilini məlumatlandırıb. Əlimizdən gələn köməyi etməyə çalışacağıq”.
T.Zülfüqarov ruhi xəstə olan şəxsin bu cür addım atmasının səbəbini belə izah edib:
“Axşam camaat məsciddən çıxarkən Tohid əsəbiləşib. O, insanların onu qoyub getməsinə görə bu vəziyyətə düşüb. Sonra, əlindəki taxta parçası ilə şüşələri sındırıb, məscidin içini dağıdıb. Xalçaları aparmaq istəyirmiş. Camaat güclə sakitləşdirib”.
Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri məsciddə polis tərəfindən axtarış aparıldığı və bu zaman məscidin dağıdıldığı haqda məlumatlar paylaşılıb.

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


