10 dini icmaya pul ayrıldı

10 dini icmaya pul ayrıldı
  25 Dekabr 2015    Oxunub:1669
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış 10, yeni qeydiyyatdan keçmiş 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
AzVision.az xəbər verir ki, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Səyyad Salahlı bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işinin yüksək səviyyəyə çatdırılmasıdır.

Səyyad Salahlı dini icmalara həyata keçirəcəkləri layihələrdə milli-mənəvi dəyərlərimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edib. Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.


Teqlər:



Xəbər lenti