`Qiymət artımının qarşısı alınacaq` - Aydın Əliyev
DGK sədri bildirib ki, bu yaxında o Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə sərhəd-keçid məntəqələrində yüklərin və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi ilə bağlı həmin məntəqələrdəki vəziyyət tanış olub. "Orada vətəndaşlarla və sürücülərlə görüşdük. Onların verdikləri təklifləri ətraflı öyrənmək və gələcəkdə realizə etmək üçün tapşırıqlar verildi. 700-dən çox tranzit yüklü avtonəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil olub, artıq onlardan 200-dən çoxu Qazaxıstana və Qırğızıstana daxil olub. Nəqliyyat vasitələrinin limanda qalması ilə bağlı nə gömrük, nə də ki, sərhəd qoşunları ilə bağlı heç bir problemləri yoxdur", - deyə A. Əliyev qeyd edib.
Komitə sədri onu da qeyd edib ki, süni qiymət artımının qarşısını almaq üçün sahibkarlar və gömrük orqanları təmaslarını vasitəçi şirkətlərlə yox, birbaşa qurmalıdır.(APA)
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


