Sərhədçilər 5 milyonluq qaçaqmal tutub

Sərhədçilər 5 milyonluq qaçaqmal tutub
  25 Dekabr 2015    Oxunub:1503
2015-ci il ərzində sərhəddə 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotikin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib. Qeyd olunub ki, 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib. Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmə­nistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib.

Eyni zamanda, Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib.

Sərhəd sularında keçirilən rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulan, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri- 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti