Azərbaycanda homoseksuallarla bağlı jurnala nə ehtiyac var idi?
Bu suala jurnalın Amerikada yaşayan redaktoru Səməd İsmayılzadə cavab verib.
AzVision.az-a açıqlama verən redaktor belə bir jurnal dərc etməkdə məqsədini belə izah edib.

“Bu ideyanı çoxdan reallaşdırmaq istəyirdik. Lakin zamanın yox idi. Yaxın dostum ilə bu barədə söhbətdən sonra jurnalı hazırlamaq qərarına gəldim. Ətrafınızda sizi ruhlandıran insanların olması çox vacibdir. İndi Azərbaycanda qalmaqala səbəb olan jurnal dünya ölkələrinin praktikasında adi bir şeydir. Məsələn, bizə mənəviyyat, mədəniyyət baxımından ən yaxın sayılan Türkiyədə də bu məzmunlu jurnal nəşr edilir. Azərbaycanda isə bu sahədə boşluq var və zərurət bundan irəli gəlir”.
Milli dəyərlərimizə zidd olan jurnalı kim maliyyələşdirir?
-Belə bir aforizm var: sonunu görən qəhrəman olmaz. Cəmiyyətimizin bu tip mövzulara münasibətini başa düşürəm. İnsanlar belə bir jurnalın çıxmasına mənfi reaksiya verir. Bunu heç kəs istəmir. Ancaq, bu jurnalı oxuyan çox az insan mənfi reaksiya göstərə bilər, çünki jurnal əsasən intellektual və vacib mövzuları əhatə edir. Oxumaq, öyrənmək və inkişaf etmək çox vacibdir. Bundan hələ heç kim ziyan görməyib.
Bu jurnal öz ətrafına rəssam, fotoqraf, dizayner, aktivist, jurnalist, psixoloq, sosioloq ve tərcüməçiləri toplayıb və bu birliyin əsasında sadəcə dostluq münasibətləri və eyni məqsəd uğrunda mübarizə dayanır. Bizim maliyyə dəstəyimiz yoxdur. Öz gücümüz hesabına jurnalı ərsəyə gətiririk.
Jurnalın əsas məqsədi maarifləndirmədir. Jurnalı ayda bir dəfə hazırlanmağı planlaşdırırıq.
Qeyd edək ki, Azərbaycanda homoseksuallarla bağlı “Monority” adlanan jurnal nəşr olunub.
Hafiz Əhmədov







Vaxtında, Aydın, Lazımlı!


