Nardaranda əməliyyat keçirildi - Saxlanılan var

Nardaranda əməliyyat keçirildi -  Saxlanılan var
  25 Dekabr 2015    Oxunub:2516
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbəsində əməliyyat keçirib.
AzVision.az `Report`a istinadən xəbər verir ki, Nardaran qəsəbəsi, Abşeron küçəsindəki evdə yaşayan Akif Nuriyevin evindən 5 ədəd patron, ov tüfəngi üçün 39 ədəd dolu patron, 8 ədəd boş patron, 9 ədəd patron doldurmaq üçün alət və vasitələr, ov tüfənginə məxsus 3 ədəd yarımkəsilmiş patron, 2 qutu barıt, 1 qutu alışdırıcı piston və 1 ədəd cib bıçağı aşkarlanıb.

A.Nuriyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:  



Xəbər lenti