İqtidar-müxalifət dialoqu bərpa olunacaq

İqtidar-müxalifət dialoqu bərpa olunacaq
  25 Dekabr 2015    Oxunub:2638
“Gələn ildən iqtidar-müxalifət dialoqu bərpa olunacaq”.
Bu barədə AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

“Bu il Azərbaycanda seçki ili idi. Seçkiyə qədər iqtidar-müxalifət dialoqu davam edib. Artıq il başa çatır. Yeni ildən iqtidar-müxalifət dialoqu davam edəcək”,-deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, 2015-ci il ərzində bir neçə dəfə iqtidarla müxalifət təmsilçiləri arasında görüş keçirilib. Görüşlərdə ölkədəki siyasi vəziyyət müzakirə edilib.

Elvin Abdulqədirov



Teqlər:  



Xəbər lenti