Vitse-prezident rüşvət aldığını etiraf etdi

Vitse-prezident rüşvət aldığını etiraf etdi
  26 Dekabr 2015    Oxunub:2774
Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) sabiq prezidenti, FİFA-nın vitse-prezidenti uruqvaylı Euxenio Fiqeredo rüşvət aldığını və çirkli pulların yuyulması ilə məşğul olduğunu etiraf edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə prokuror Xuan Qomes bildirib.

Dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinən E.Fiqeredo dekabrın 24-də İsveçrədən Uruqvaya ekstradisiya olunub. Onu vətənində 2 ildən 15 ilədək həbs cəzası gözləyir.

“1993-ci ildən etibarən, KONMEBOL-un icraiyyə komitəsinə üzv olduğu vaxtdan E.Fiqeredo böyük məbləğdə pul alıb. Daha sonra isə həmin pullar müxtəlif korrupsiya üsulları ilə yuyulub”, deyə X.Qomes qeyd edib.

83 yaşlı E.Fiqeredo mayın 27-də İsveçrənin Sürix şəhərində korrupsiyada şübhəli bilinərək saxlanılıb. Euxenio Fiqeredo 1997-2006-cı illərdə Uruqvay Futbol Assosiasiyasının, 2013-2014-cü illərdə KONMEBOL-un prezidenti, 2014-cü ildən FİFA-nın vitse-prezident olub.


Teqlər:  





Xəbər lenti