Gürcüstanda seçki günü bəlli oldu

Gürcüstanda seçki günü bəlli oldu
  02 İyul 2013    Oxunub:1275
Gürcüstan prezidenti Mixail Saakaşvili növbəti prezident seçkilərinin keçirilmə gününü təyin edib.

Bu barədə Gürcüstan dövlət başçısının mətbuat katibi Manana Mancqaladze məlumat verib.

Mancqaladze seçkilərin oktyabrın 27-nə təyin olunduğunu bildirib.

Hazırda Gürcüstan prezidentliyinə 3 namizəd məlumdur. Bunlar «Gürcü arzusu» koalisiyasını təmsil edən baş nazirin müavini, elm və təhsil naziri Georgi Marqvelaşvili», Leyborist partiyasının lideri Şalva Natelaşvili, həmçinin «Xalq məclisi» ictimai təşkilatının irəli sürdüyü parlamentin keçmiş sədri Nino Burcjanadzedir.

AzVision.az


Teqlər:





Xəbər lenti