İtən neftçilərdən nə xəbər var?

İtən neftçilərdən nə xəbər var?
  26 Dekabr 2015    Oxunub:3829
“Günəşli” yatağında baş verən hadisə zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir. Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlara başlayıb.
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətini Sahil Mühafizə xidmətinin hərəsinin 1 kateri sahilboyu axtarışları davam etdirir.

Axtarışlar hələlik heç bir nəticə verməyib.

Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə 2 gəmi məşğuldur. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və həmin ərazidə iş aparılır.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.

Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti