Bayramda avtobuslar gecə saat 1-dək işləyəcək

Bayramda avtobuslar gecə saat 1-dək işləyəcək
  26 Dekabr 2015    Oxunub:1719
“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-nin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərəcəklər.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.

O, qeyd edib ki, MMC artıq gücləndirilmiş iş rejiminə keçib: "Qurum tərəfindən sahibkarlara xəbərdarlıq edilib ki, bayram günlərində bütün avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərərək şəhər əhalisinin marşrut avtobuslarından istifadəsini təmin etsinlər".


Teqlər:



Xəbər lenti