Ölkədə onkoloji xəstələrin sayı artıb

Ölkədə onkoloji xəstələrin sayı artıb
  26 Dekabr 2015    Oxunub:2557
Azərbaycanda onkoloji xəstələrin sayı artıb.
AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladov qurumun ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması nəticəsində ilkin xəstələrin sayı 2014-cü ildə hər 100 min nəfərə 97-dən bu il 101-ə qalxıb.

G.Poladov onu da qeyd edib ki, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 515 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.

AzVision.az


Teqlər:



Xəbər lenti