Təhsil Nazirliyi hesabat verdi
İclasda Təhsil Nazirliyi tərəfindən 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və növbəti təqvim ilində qarşıda duran məsələlər müzakirə olunub.
Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində təhsil sahəsində müsbət göstəricilərin əldə olunmasına baxmayaraq, nəzərdə tutulan hədəflərə çatmaq üçün görüləsi işlər də kifayət qədərdir. Nazir qazanılan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması yolları, müvafiq istiqamətlər üzrə həyata keçiriləcək işlərin səmərəliliyinin artırılmasına xidmət edən tədbirlər haqqında fikirlərini bildirib.
Təhsil Nazirliyi aparatının rəhbəri Mətin Eynullayev hesabat məruzəsi ilə çıxış edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


