Zabit Səmədov qısasını aldı - VİDEO

Zabit Səmədov qısasını aldı - VİDEO
  27 Dekabr 2015    Oxunub:6369
Məşhur azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov dünən Çeçenistanın paytaxtı Qroznı şəhərində “Qroznoy bitı 13” çərçivəsində döyüşdə əzəli rəqibi Polşa əsilli avstraliyalı Pol Slavinskiyə qalib gəlib.

Oxu.Az xəbər verir ki, üç raundun nəticəsinə görə bütün hakimlər qələbəni Çeçnistanın “Axmat” klubunu təmsil edən həmyerlimizə veriblər.

Döyüş daha tez başa çata bilərdi, belə ki, Zabit üç dəfə rəqibini nokdauna göndərdi, lakin Slavinski sona qədər dözə bildi.

Beləliklə, 8 il sonra Zabit Slavinskidən revanş aldı. Xatırladaq ki, həmyerlimiz 2007-ci ildə Amsterdamda keçirilən döyüşdə texniki nokautla məğlub olmuşdur.

Zabit Səmədovun hesabında 86 döyüşdə 76 qələbə var.

Döyüşdən sonra Səmədov deyib:

“Mənə azərkeşlik edən hər kəsə təşəkkürümü bildirirəm, həmyerlilərimə təşəkkür edirəm. Böyük qardaşım Ramzan Kadırova, mənim üçün belə bayram və revanş almağıma şərəait yaratdığı üçün çox minnətdaram”.





Teqlər:





Xəbər lenti