Avropalı deputatlar Qarabağ üçün çağırış etdi

Avropalı deputatlar Qarabağ üçün çağırış etdi
  02 İyul 2013    Oxunub:1325
Sərsəng su anbarına diqqət ayrılmayacağı təqdirdə 30 kəndi su basa biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Avropanın 18 ölkəsinin deputatları Avropa Şurasının Parlament Assambleyasını (AŞPA) Ermənistanda - işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşən Sərsəng su anbarının vəziyyəti üzrə “təcili və təxirəsalınmaz siyasi fəaliyyətə” çağırıblar.

Lakin hərəkətin təşəbbüskarı olan Azərbaycan tərəfi bildirib ki, sözügedən məsələyə lazımınca diqqət yetiriləcəyindən əmin deyil, çünki Ermənistanın bu yaxınlarda irəli sürdüyü bir çox mürəkkəb məsələlər AŞPA tərəfindən rədd edilib.

AŞPA-nı “təcili və təxirəsalınmaz siyasi fəaliyyətə” çağıran Azərbaycan, məsələni təfərrüatı ilə izah edib. Bildirilib ki, məsələyə diqqət ayrılmasa Sərsəng su anbarının vəziyyəti humanitar fəlakətlə nəticələnə bilər.

Qeyd edək ki, bu məsələ İtaliya, San Marino, Birləşmiş Krallıq, Finlandiya, Bolqarıstan, Fransa, Polşa, Andorra, İspaniya, Makedoniya, Türkiyə, Bosniya-Herseqovina, Albaniya, Rumıniya, Litva, İrlandiya və Avstriya da daxil olmaqla 45 ölkənin deputatları tərəfindən dəstəklənib.

125 metr dərinliyində olan Sərsəng su anbarı 1976-cı ildə tikilib. Mühəndislər və hidroloqlar, diqqət ayrılmayacağı təqdirdə 30 kəndi su basa biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti