Taxıl ƏDV-dən azad oluna bilər

Taxıl ƏDV-dən azad oluna bilər
  28 Dekabr 2015    Oxunub:2584
Azərbaycan hökuməti daxili bazardakı vəziyyətdən asılı olaraq, çörəyin qiymətinin artmasının qarşısını almaq məqsədilə ölkəyə idxal olunan taxılı ƏDV-dən azad edə bilər.
Bunu AzVision.az-a deputat Vahid Əhmədov bildirib.

Millət vəkili qeyd edib ki, çörəyin qiymətinin aşağı salınması üçün taxıl əlavə dəyər vergisindən azad edilməlidir.

“Dövlət Taxıl Fondundan müəyyən qədər taxıl ehtiyyatı mövcuddur. İndiki dövrdə bu taxıldan istifadə olunmalıdır. Çox güman ki, hökumət də bu sahədə müəyyən müzakirələr aparır. Müəyyən işlər görüləcək. Hesab edirəm ki, indiki durumda taxıl əlavə dəyər vergisindən azad edilməlidir. Bunu etməyin iki tərəfi var. Hökumət buna baxmalıdır. Bu halda taxıldan tutulan əlavə dəyər vergisini müəyyən müddətə ləğv etmək olar”.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti