Leyla Əliyevanın qeyri-adi kafesi – REPORTAJ (FOTOLAR)

Leyla Əliyevanın qeyri-adi kafesi – REPORTAJ (FOTOLAR)
  28 Dekabr 2015    Oxunub:74891
Bu yaxınlarda açılış mərasimi keçirilən “Baku Cafe” paytaxtın ən ecazkar məkanlarından biri sayılır. Şəhərin ən görkəmli yeri hesab edilən Neftçilər prospekti, 153 ünvanında, "Port Baku" rezidensiyasında yerləşən “Baku Cafe”nin giriş hissəsində diqqəti ilk cəlb edən yer “Baku Corner”dir.

“Baku Corner” Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yardılıb. Burada yerli və xarici sənətkarlar tərəfindən hazırlanmış əl işlərinin satışı təşkil olunub. Kafeyə gələn qonaqlar isə bu sənət əsərlərini əldə etmək imkanına malik olurlar.

Burada Azərbaycanın istedadlı sənətkarları tərəfindən hazırlanmış müxtəlif məhsullar, xüsusilə də rəngarəng kəlağayılar nümayiş olunur. "Baku Corner" həmçinin uşaq evləri və internat məktəblərində sığınacaq tapmış azyaşlıların istedad və bacarıqlarının aşkar olunması və qiymətləndirilməsində xüsusi rol oynayır. Belə ki, internet səhifəsində bu qrup gənclər tərəfindən çəkilmiş gözəl rəsm əsərləri də yer alıb.



"Baku Corner"də Hindistanda toxunulmuş, Kambocada yerli ipəkdən hazırlanmış baş örtüyünə, Kolumbiya və Qvatemalada yaşayan qadınların əsrarəngiz əl işləri olan qolbaq və boyunbağıdan Avstraliyanın köklü xalqlarının əsrlərlə istifadə etdiyi, naxışlarla bəzədilmiş çantalara kimi bir çox məhsullar görmək mümkündür. Eyni zamanda Leyla Əliyeva öz əsərlərini də layihəyə bəxş edib.




“Baku Cafe”nin hər tərəfi xüsusi zövqlə dizayn edilib. Diqqətimizi ilk çəkən paslanmış emalatxana dəzgahları oldu. Salona əzəmət və gözəllik bəxş edən bu dəzgahların hansı məqsədlə istifadə olunduğunu soruşduq. Məlum oldu ki, bunlar kafenin memarının beyninin məhsuludur. Salona məxsusi biz gözəllik və harmoniya bəxş etmək üçün bu dəzgahlardan istifadə olunub. Onlar istifadəyə yararsız emalatxana dəzgahlarıdır. Həmin dəzgahlardan stol, stul və suvenir kimi istifadə edib. Beləliklə, onlar salonu daha fərqli və ecazkar edir.



Kafenin yuxarısı yaşıl güllərlə əhatələnib. Öyərəndik ki, dibçəklərdən uzanan yaşıl güllər salonun havasının daha təmiz qalmasına şərait yaradır.

Personalın xidmətinə isə söz ola bilməz. Belə ki, onlar tez bir zamanda müştərilərin sifarişlərini yerinə yetirirdilər. Ləziz yeməklər qonaqların gözü önündə hazırlanır və süfrəyə təqdim olunur. “Cosper” adlı xüsusi manqal-sobanı işlədən Mehman usta ilə həmsöhbət olduq: “Bu sobada yeməklər qonaqların gözü önündə, köz üzərində hazırlanır. Buna görə də daha ləziz və təbii olur. Yeməkdən közün təbii qoxusu gəlir”.



İşçilərin sözlərinə görə, “Baku Cafe”də təqdim olunan məhsulların tərkibində badam unu yoxdur. Badam unu olmayan məshullar isə insan sağlamlığı üçün daha faydalıdır. Müştərilərin daha çox hansı yeməkləri sifariş etdikləri ilə də maraqlandıq. Məlum oldu ki, “Baku Cafe”yə gələn qonaqlar daha çox dəniz və ət yeməklərinə üstünlük verirlər: “Burda həmçinin dovşan və ördək ətindən də yeməklər hazırlanır. Çörəklər də xüsusi qayda ilə bişirilir. Günəbaxanlı, zeytunlu çörəklərimiz də var. Yemək hazılanana qədər qonaqlara çörək və tərkibində kürü olmayan, amma kürü tamı verən yağ təqdim olunur. Bu yağ müştərilərə hədiyyə olaraq verilir. Menyuda milli yeməklər çoxdur: düşəbərə, qutablar, dolmalar, müxtəlif plov növləri...”.

Yeməklərin qiymətlərinə gəlincə, kafedə bütün büdcələrə uyğun olaraq yeməklər təqdim olunur. Orta təbəqinin nümayəndələri 6 manat ödəməklə normal nahar edə bilərlər.

Salonun mərkəzindəki qamışdan hazılanmış suvenir öz qeyri-adiliyi ilə diqqətimiz çəkdi. Suvenirin yaxınlığında isə cürbəcür souslar düzülmüşdü. Onlar qonaqlara pulsuz təqdim olunur.



Kafenin ikinci mərtəbəsi birincidən fərqlənir. Divarlarda çoxlu tablolar asılmışdı. Onlar valideyn himayəsindən məhrum olan uşaqların əl işlərdir, burada müxtəlif qiymətə satışa çıxarılıb. Ödənilən məbləğ birbaşa müəllifin özünə çatdırılır.

Salonun mərkəzində şərabların təqdim olunduğu xüsusi guşədə tanınmış barmenlər xidmət göstərilər. Elman adlı barmenlərlə ünsiyyətdə olduq: “Burada təbii meyvələrdən kokteyllər hazırlayırıq. Müxtəlif ölkələrin istehsalı olan şərabları da müştərilərimizə təqdim edirik. Yerli şərablara da təlabat çoxdur”.

“Baku cafe”nin gecələri daha gözəl olur. Müştərilərin əksəriyyəti gecə üçün əvvəlcədən yer sifariş edirlər. Salonun girişində olan balaca saatlar sifariş edilmiş həmin stolların üzərinə qoyulur və müştərinin təyin etdiyi vaxta uyğun qurulur. Müşətəri gəldikdən sonra saatlar stolun üzərindən götürülür.



Şənbə günləri axşam saat 9-dan gecə 12-yə qədər kafedə müştərilərə canlı musiqi də tədqim olunur. Qonaqlar “Miles” qrupunun ifasında etno-caz stilində səsləndirilən mahnılardan həzz alırlar.

Qeyd edək ki, , "Baku Cafe"nin təsisçisi Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. Kafenin açılış mərasimində Arzu Əliyeva ilə həyat yoldaşı Səməd Qurbanov da iştirak ediblər. Kafe orqanik məhsullar və düzgün qidalanmağa üstünlük verənlər üçün nəzərdə tutulmuş unikal məkandır.



Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti