“Mançester”dən Messiyə fantastik təklif – 27 milyon maaş

“Mançester”dən Messiyə fantastik təklif – 27 milyon maaş
  28 Dekabr 2015    Oxunub:3615
İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın hücumçusu Lioenel Messiyə ildə 27 milyon avro maaş ödəməyə hazırdır.
Bu barədə AzVision.az “Sport” nəşrinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, İngiltərə təmsilçisi futbolçunun özü ilə razılıq əldə etmədən Kataloniya təmsilçinin nümayəndələri ilə danışığa başlamaq niyyətində deyil. “Barselona" rəhbərliyi isə əmindir ki, argentinalı oyunçu ona ünvanlanan istənilən təklifi rədd edəcək.

Qeyd edək ki, Messi “Barselona”nın yetirməsidir, O 17 yaşından bu komandanın heyətində çıxış edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti