Rauf Mirqədirova hökm oxundu - 6 il

Rauf Mirqədirova hökm oxundu - 6 il
  28 Dekabr 2015    Oxunub:1608
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlisultan Osmanovun sədrliyi ilə olan prosesdə müttəhimə hökm oxunub. Hökmə əsasən, R. Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

AzVision.az


Teqlər:



Xəbər lenti