Daha bir qurumda ciddi nöqsanlar aşkarlandı
Eyni zamanda bir sıra hallarda iqtisadiyyatın bu və ya digər sahələrinin inkişafı ilə bağlı nəzərdə tutulan konkret layihələrin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulan müsabiqələr keçirilməyib, ayrılmış vəsaitlərin təyinata uyğun istifadə olunması məqsədilə müvəkkil kredit təşkilatları tərəfindən aparılmış monitorinqlər nəticəlilik və əhatəlilik baxımından tam yetərli olmayıb.
Təhlil zamanı Fond qarşısında öhdəliyi yaranmış müvəkkil kredit təşkilatları üzrə risk dərəcələrini və xüsusi meyar göstəricilərini özündə təfsilatı ilə əks etdirən nəzarət mexanizminin hazırlanmasının, idxal asılılığı olan məhsullar üzrə nümunəvi layihələrin hazırlanaraq sahibkarlara təqdim edilməsi və onun təşviq edilməsi istiqamətində əməli tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Hesablama Palatasının Kollegiyası analitik təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün İqtisadiyyat və Sənaye Nazirliyinə və SKMF-na göndərilib. (Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


