ABŞ əleyinə layihə parlamentin müzakirəsində
AzVision.az xəbər verir ki, millət vəkili Rövşən Rzayev ABŞ əleyhinə hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi haqda çıxış edib.
Deputat çıxışı zamanı Kris Smit tərəfindən ABŞ konqresinə təqdim olunan Anti-Azərbaycan layihəsini tənqid edib. R.Rzayev qeyd edib ki, hazırladığı layihə Azərbaycana qarşı yol verilən ədalətsizliyə qarşı etrirazdır:
“ABŞ konqresinə təqdim olunan layihənin arxasında ermənipərəst qüvvələr və onların lobbisi dayanır. Guya Azərbaycanda insan hüquqları pozulur və buna görə də Dağlıq Qarabağdakı ermənilər Azərbaycanın tərkibində yaşa bilməz.
Bu günə qədər ABŞ azərbaycanlılara qarşı törədilən vəhşiliklərə bir dəfə də olsun münasibət bildirilməyib. Baxmayaraq ki, ABŞ-ın özündə insan hüquqları ilə əlaqədar kifayət qədər qanun pozuntular var. Ona görə də xahiş edirəm ki, müəllifi olduğum qanun layihəsi Milli Məclisin aparatında qeydiyyata alınsın və müzakirə olunsun”.
Spiker Oqtay Əsədov deputata hazırladığı layihəni Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə təqdim etməyi tövsiyə edib.
“Qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində baxılmalı və sonda yekun qərar verilməlidir”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


