Təhsil haqları artırıla bilər? - Nazirlikdən açıqlama

Təhsil haqları artırıla bilər? - Nazirlikdən açıqlama
  29 Dekabr 2015    Oxunub:3079
“Ödəniş haqlarının artırılması məsələsi ali təhsil müəssisələrinin səlahiyyətindədir. Əvvəlki illərdə ali məktəblərə daxil olub ödənişli təhsil alan tələbələrin təhsil haqları əvvəlki qaydada saxlanılacaq”
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev ilin yekununa dair hesabat çıxışında deyib.

Nazirlik rəsmisi qeyd edib ki, manatın ucuzlaşmasından sonra təhsil haqları dəyişə bilər. Bu məsələyə gələn ilin mart ayında baxılacaq.

`"Bu il də daxil olmaqla, bu ilə qədər qəbul olunmuş tələbələrin təhsil haqları hazırkı həddə saxlanılacaq. Yeni tədris ilində təhsil haqlarının artması, ya azalması məsələsinə gələn il mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq və bu məsələ analiz olunacaq. 2016-cl ilin mart ayında bu məsələyə qayıdılacaq`.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti