Abel Məhərrəmovun qardaşı vəzifəsində qaldı

Abel Məhərrəmovun qardaşı vəzifəsində qaldı
  29 Dekabr 2015    Oxunub:6289
Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının sədr müavini Adil Məhərrəmovun yenidən bu vəzifəyə təyin edilməsi ilə bağlı təqdimata baxılıb.
AzVision.az xəbər verir ki, iclasda Cəfər Həsənov, Firsənd Qurbanov və Vaqif Həsənovun yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması müzakirə edilib.

Hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Adil Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun qardaşıdır.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti