`Hər diplomatı işə götürmək olmaz` - Səməd Seyidov
Komitə sədri bildirib ki, Azərbaycan bundan sonra xarici ölkələrdəki səfirliklərinin fəaliyyətini mütəmadi olaraq nəzərdən keçirilməlidir: “Bununla da hansı diplomatın yaxşı və ya pis işləməsi məlum olacaq. Onu da qeyd edim ki, hər diplomatı sərəncama çıxan kimi işə götürmək olmaz. İlk olaraq diplomatların fəailiyyətinə baxmaq lazımdır”.
Millət vəkili Siyavuş Novruzov isə təklif edib ki, hər bir diplomat 5 ildən sonra mütləq Azərbaycana qaytarılmalıdır: “Diplomatlar bir-iki il Azərbaycanda işləməli, lazım olarsa, başqa ölkələrə göndərilməlidir. Həmçinin, diplomatlarımız hansısa ölkəyə getməzdən əvvəl, həmin ölkəni öyrənməlidirlər. Eyni zamanda, səfirlik bir peşədir və buna qeyri-ciddi yanaşmaq olmaz. Bundan başqa, belə bir yanaşma var ki, deputat ola bilməyən və vəzifədən çıxarılan şəxslər deyir ki, məni səfir kimi başqa ölkəyə göndərin. Təbii ki, bu düzgün deyil”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


